Nestlé'nin bəzi uşaq qidası məhsulları satışdan çıxarılıb
Qida Milli Agentliyinin nəzarəti altında Gürcüstanda „Nestlé Gürcüstan“ tərəfindən istehsal olunan uşaq qidalarının müəyyən partiyalarının bazardan geri çağırılması prosesi həyata keçirilir.
Xeber.ge xeber verir ki,
Qərar „Nestlé Group“ tərəfindən kənar tədarükçüdən alınan xammalda — bitki yağında (omeqa-6 araxidon turşusu mənbəyi) sereulid toksini riskinin aşkar edilməsindən sonra qəbul edilib. Agentliyin izahatına görə, sözügedən inqrediyentin miqdarı minimaldır və sereulid tərkibi nə Gürcüstanda, nə də Avropa İttifaqı ölkələrində normalaşdırılmayıb (limitləşdirilməyib).
Hazırda NAN 1 OPTIPRO və NAN 2 OPTIPRO-nun konkret partiyalarının (800 q, 400 q və 1050 q qablaşdırmalar) geri çağırılması prosesinə nəzarət edilir. Qida Milli Agentliyi və Səhiyyə Nazirliyi istehlakçıları çağırır ki, əgər adları çəkilən partiyaların məhsullarını alıblarsa, onlardan istifadə etməsinlər.
Qurumların izahatına görə, tədbirlər profilaktik xarakter daşıyır və maddə sağlamlıq üçün əhəmiyyətli risk yaratmır. Sereulid ürəkbulanma törədən toksindir, hansı ki, qusma, ishal və zəifliyə səbəb ola bilər, lakin simptomlar adətən 24 saat ərzində yox olur. Hazırda Avropa ölkələrində uşaqların xəstəxanaya yerləşdirilməsi ilə bağlı heç bir hal qeydə alınmayıb. Simptomlar aşkar edildikdə pediatrla məsləhətləşmək tövsiyə olunur.
Qida Milli Agentliyinin məlumatına görə, bazardan geri çağırılma yalnız konkret partiyalara şamil olunur və „Nestlé“nin Gürcüstanda satılan digər məhsullarına aid deyil. Partiyaların müəyyən edilməsi və geri çağırılması prosesi fasiləsiz rejimdə davam edir.