Narkotik maddə saxlama və satışa yardım ittihamı ilə bir nəfər saxlanıldı

Aug 12, 2025 - 11:43
 0  13
Narkotik maddə saxlama və satışa yardım ittihamı ilə bir nəfər saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Tbilisi Polis Departamentinin Didube-Çuğureti Baş İdarəsinin əməkdaşları həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2007-ci il təvəllüdlü G.A.-nı narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və marixuananın qanunsuz satışına kömək göstərməkdə şübhəli bilinərək saxlayıblar.

Bu barədə məlumatı DİN yayıb.

Nazirliyin məlumatına görə, sözügedən cinayət əməli 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

İstintaq məlumatına əsasən, saxlanılan şəxsin üzərinə baxış zamanı, həmçinin onun göstərdiyi digər yerlərdən sonradan satış məqsədilə qablaşdırılmış 34 ədəd “qurudulmuş marixuana” bağlaması aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin birinci hissəsi və 260^4-cü maddəsinin birinci hissəsi ilə aparılır.

mənbə: interpress