Məhkəmə hökmü: 14 yaşına çatmayanla əxlaqsız hərəkətlərə görə 9 il həbs cəzası
Gürcüstanda 14 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər törətməkdə təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü oxunub.
"Sapari" hüquq müdafiə təşkilatı hadisə ilə bağlı bəyanat yayıb.
Xeber.ge xeber verir ki,
İstintaq zamanı məlum olub ki, özünü azyaşlıya həmyaşıdı kimi təqdim edən şəxs "TikTok" platforması üzərindən uşağa intim məzmunlu materiallar göndərib, onu da eyni xarakterli videolar göndərməyə və müxtəlif cinsi hərəkətlər etməyə məcbur edib. Platformada şəxsiyyəti gizli olsa da, aparılan araşdırmalar nəticəsində həmin şəxsin kimliyi müəyyən edilib və onun yetkinlik yaşına çatmış şəxs olduğu sübuta yetirilib.
Bu hadisə "Sapari" təşkilatının təcrübəsində "TikTok" platforması üzərindən kiber-qruminq (uşaqların cinsi istismarı məqsədilə internetdə tora salınması) faktının aşkarlandığı və cinayətkarın saxlanıldığı ilk belə haldır.
Yanvarın 15-də məhkəmə həmin şəxsi 14 yaşına çatmayanla əxlaqsız hərəkətlər törətməkdə təqsirli bilib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib. Təşkilat cinayətkarın digər mümkün qurbanlarının müəyyən edilməsi üçün istintaqın davam etdiriləcəyini bildirib.