Hava limanının genişləndirilməsi üçün investisiya şəklində 150 milyon dollar yatırılacaq
İrakli Kobaxidze: Tbilisi Beynəlxalq Hava Limanının genişləndirilməsi üçün 150 milyon dollar investisiya qoyulacaq
Gürcüstanın Baş naziri İrakli Kobaxidze paytaxtın hava limanı infrastrukturunun inkişafı ilə bağlı mühüm müqavilənin imzalandığını bəyan edib.
Xeber.ge xeber verir ki,
Baş nazirin sözlərinə görə, layihə çərçivəsində hava limanının genişləndirilməsi üçün 150 milyon ABŞ dolları məbləğində investisiya yatırılacaq. Sənədə əsasən, "Groupe ADP"nin tərkibinə daxil olan "TAV" şirkəti Tbilisi Beynəlxalq Hava Limanının idarəetməsini daha 5 il — 2031-ci ilin sonuna qədər davam etdirəcək. Bu müddət Vazianidəki yeni beynəlxalq hava limanının tikintisi başa çatana qədər olan dövrü əhatə edir.
"150 milyon dollarlıq investisiya hava limanının ötürücülük qabiliyyətini və sərnişin xidmətinin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq. Bu vəsait sərnişin axınının çoxalmasına, xidmətlərin fasiləsiz təkmilləşdirilməsinə və beynəlxalq standartlara cavab verən təhlükəsiz mühitin yaradılmasına xidmət edəcək. Çoxillik səmərəli əməkdaşlığa görə xarici tərəfdaşlarımıza — 'Groupe ADP' və 'TAV' şirkətlərinə təşəkkürümü bildirirəm", — deyə İ. Kobaxidze vurğulayıb.