Mzia Amağlobeliyə 2 il həbs cəzası verildi

Mzia Amağlobeli 2 il müddətinə azadlıqdan məhrum edildi.
İttiham 351-ci maddənin birinci hissəsinə yenidən təsnif olundu.
Hökm bu gün, 6 avqustda Batumi Şəhər Məhkəməsində hakim Nino Saxelaşvili tərəfindən elan olundu.
Mzia Amağlobeli məhkəmədə son sözlə 4 avqustda çıxış edib. O bildirib ki, prokurorluğun prosessual razılaşma təklifi onun üçün qəbuledilməz və təhqiredicidir.
Mzia Amağlobeli 2025-ci il yanvarın 12-də cinayət işi qaydasında saxlanılıb. O, 200 gündən çoxdur ki, istintaq təcridxanasında saxlanılır. Onun barəsində həbs-qətimkan tədbirinin saxlanması üçün hüquqi əsaslar mövcud olmasa da, hakim Nino Saxelaşvili onu qanunsuz olaraq həbsdə saxlayıb.
Mzia Amağlobelinin görmə qabiliyyəti həbsdə olarkən kəskin şəkildə pisləşib.