Müxalifət liderlərinin təbliğat alətləri xarici hökumətlər tərəfindən maliyyələşdirilib

Mar 3, 2025 - 19:02
 0  33
Müxalifət liderlərinin təbliğat alətləri xarici hökumətlər tərəfindən maliyyələşdirilib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili hesab edir ki, telekanalların xarici mənbələrdən maliyyələşdirilməsinin qadağan olunmasına radikal müxalifətin sərt reaksiyası onların bu prosesdən faydalandığını göstərir.

Papuaşvili bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

O, bu məsələnin araşdırılmasının vacib olduğunu vurğulayıb: 

“İndiyə qədər heç yerdə açıq şəkildə bildirilməyib ki, Qvaramiya, Xazaradze və Kezeraşvilinin partiya təbliğat alətləri xarici hökumətlər tərəfindən maliyyələşdirilib. Ona görə də bu məsələnin aydınlaşdırılması vacibdir. Əgər bu fakt təsdiqlənərsə, Gürcüstanda parlament seçkilərinə qanunsuz xarici müdaxilənin daha bir sübutu olacaq”.

mənbə: report