Cənubi QafqazGürcüstan MDB-nin bu sazişindən çıxdı

Mar 3, 2025 - 22:35
 0  63
Cənubi QafqazGürcüstan MDB-nin bu sazişindən çıxdı

Gürcüstan MDB-nin Elmi-Texniki İnformasiya üzrə sazişindən çıxıb.

Bu barədə sərəncamı ölkənin Baş naziri İrakli Kobaxidze imzalayıb.

Sənəddə qeyd olunur ki, Gürcüstanın Xarici İşlər Nazirliyi sazişin ləğvi barədə dərhal prezidentə, parlamentə və MDB-nin rəhbər orqanına məlumat verməyə borcludur.

Qeyd edək ki, Gürcüstan 2009-cu ildə MDB-nin tərkibindən rəsmən çıxıb, lakin bəzi sazişlərdə iştirak etməyə davam edib

mənbə: publika