Müsəlman “cəlladı” general “etiraf məktubu” yazıb
1995-ci ildə Srebrenitsa törədildimiş kütləvi qətllərdə iştiraka görə məhkum edilmiş Bosniya serblərinin generalı Radoslav Krstiç soyqırımın törədilməsinə “yardım etməkdə və (onun) qızışdırılmasında” iştirak etdiyini etiraf edib.
Xeber.ge xəbər verir ki, onun bu bəyanatına qırğınlardan sağ çıxmış şəxslər və hüquq-müdafiə qrupları skeptik yanaşıblar.
1995-ci ildə Krstiç Srebrenitsa müsəlmanlarına hücum edən dəstəyə başçılıq edib. O, 8300-dən çox insanın edam edilməsinə şəxsən nəzarət edib. O, Bosniyadakı kütləvi qırğınlara görə ittiham edilmiş ilk şəxsdir. 2001-ci ildə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Krstiçi 46 il müddətinə azadlıqdan məhrum edib.
Cari ilin noyabr ayında Krstiç Haaqa məhkəməsinə vaxtından öncə azad edilməsi istəyi ilə bağlı 4 səhifəlik məktub yazıb. O, artıq 26 ildir həbsdə olduğunu və törətdiyi kütləvi qətllərə görə “dərindən peşman olduğunu” deyib. O bildirib ki, əgər azadlığa çıxsa, Srebrenitsadakı memorialı “ziyarət edib qurbanların qaşrısında baş əyib onlardan üzr istəyəcək”.
Onun bu sözlərinə baxmayaraq, Srebrenitsa soyqırımı qurbanlarının yaxınları Krstiçin sözlərini qeyri-səmimi adlandırıblar. Onlar hesab edirlər ki, Krstiç bu məktubu sırf azadlığa çıxmaq üçün yazıb. Onlar digər hərbi cinayətkarlarından oxşar “etiraf etdiklərini”, azadlığa çıxdıqdan sonra isə öz sözlərini dandıqlarını xatırladıb.
Buna görə də Srebrenitsa soyqırımının qurbanlarının yaxınları Krstiçin məktubunu məhkəmə qərarını manipulyasiya etmək cəhdi adlandırıblar.
mənbə: az.shafaqna.com