Mübahisə ölümlə sonlandı...

Adigeni bələdiyyəsində qətl hadisəsi baş verib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatına görə, polis hadisəni isti izlərlə açıb və bir nəfəri saxlayıb.
İstintaqın məlumatına görə, saxlanılan şəxs 34 yaşlı kişini şəxsi mübahisə zəminində soyuq silahla bədən nahiyəsindən yaralayıb və hadisə yerindən qaçıb. Yaralı kişi xəstəxanaya çatdırıldıqdan dərhal sonra dünyasını dəyişib.
“Daxili İşlər Nazirliyinin Samtsxe-Cavaxeti Polis İdarəsinin əməkdaşları operativ əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü İ.M.-ni qəsdən adam öldürməkdə şübhəli bilərək saxlayıblar.
Cinayət əməli 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
İstintaqla müəyyən olunub ki, 2025-ci il 17 iyul tarixində, Adigeni bələdiyyəsində İ.M. 1991-ci il təvəllüdlü C.X.-ni şəxsi mübahisə zəminində soyuq silahla bədənindən yaralayıb və hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırıldıqdan sonra ölüb.
Polis isti izlərlə keçirdiyi tədbirlərlə İ.M.-ni saxlayıb. Hadisə zamanı istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.
Qəsdən adam öldürmə faktı ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
mənbə: interpress