"Miniatür Gürcüstan" parkı yeni mövsümə hazırdır
Guriya regionunun kurort zonası olan Şekvetili qəsəbəsində yerləşən "Miniatür Gürcüstan" parkı bundan sonra ziyarətçilərini tamamilə yenilənmiş infrastrukturla qarşılayacaq. Bu barədə "Starring Georgia" layihəsinin mətbuat xidmətindən məlumat verilib.
XEBER.GE xeber verir ki,
Görülən işlər nəticəsində parkda nümayiş etdirilən bütün miniatür abidələr bərpa olunub, infrastruktur yenilənib və müasir xarici işıqlandırma sistemi quraşdırılıb. Bu isə parkın ziyarətçiləri günün daha gec saatlarında da qəbul etməsinə imkan verəcək.
Parkda Gürcüstanın 56 mədəni və tarixi abidəsinin miniatür surəti təqdim olunur. Bu, yerli sakinlərə, turistlərə, eləcə də ailəvi və təhsil turları çərçivəsində gələnlərə cəmi bir gün ərzində Gürcüstanın zəngin irsi ilə yaxından tanış olmaq üçün unikal imkan yaradır.
Yenilənmiş park hər gün saat 11:00-dan 21:00-dək fəaliyyət göstərəcək. Park "Tsitsinatela" əyləncə parkının rəqəbəsində yerləşir.
Qeyd edək ki, "Starring Georgia" layihəsi 2023-cü ildə Gürcüstanın Baş nazirinin təşəbbüsü ilə "Black Sea Arena" ilə birgə yaradılıb.