Mikroavtobusların toqquşması nəticəsində çoxlu sayıda insan yaralandı

Qvareli rayonunda, Nekresi monastırının yaxınlığında baş verən yol qəzası nəticəsində 14 nəfər xəsarət alıb.
Yaralılar Telavi Referans Xəstəxanasına yerləşdirilib və onlara tibbi müayinələr aparılır.
Şahidlərin sözlərinə görə, qarşı-qarşıya hərəkət edən minik avtomobili və mikroavtobus toqquşub. Məlumata əsasən, mikroavtobusda bir şirkətin əməkdaşları olub.
Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım qrupları cəlb olunub.
mənbə: interpress