Marneulidə ağır yol qəzası: 52 yaşlı sürücü həyatını itirib
Gürcüstanın Marneuli bələdiyyəsi ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xeber.ge xəbər verir ki,
İlkin məlumatlara görə, "Opel" markalı avtomobilin sürücüsü, Rasim Məmmədov idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza zamanı 52 yaşlı sürücü ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralını xəstəxanaya çatdırmağa çalışsa da, o, yolda dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı istintaq başladılıb, qəzanın dəqiq səbəbləri araşdırılır.