Marneulidə tikinti materiallarını dələduzluqla mənimsəyən şəxs saxlanılıb

Nov 4, 2026 - 11:13
 0  40
Marneulidə tikinti materiallarını dələduzluqla mənimsəyən şəxs saxlanılıb

Kvemo Kartli polisi böyük məbləğdə vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən bir nəfəri saxlayıb.

XEBER.GE xeber  verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaqla müəyyən edilib ki, şübhəli Marneuli bələdiyyəsində yerləşən tikinti materialları mağazasının sahibindən 45 870 lari dəyərində materialı sonradan ödəniş etmək şərti ilə götürüb.

Lakin vədinə əməl etməyib və materialları dələduzluq yolu ilə mənimsəyib.

Hüquq-mühafizə orqanları şübhəlini məhkəmənin qərarı əsasında saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.