2026-cı ilin 9 ayında 2 156 Gürcüstan vətəndaşı readmissiya ilə ölkəyə qaytarılıb

Nov 4, 2026 - 12:01
 0  32
2026-cı ilin 9 ayında 2 156 Gürcüstan vətəndaşı readmissiya ilə ölkəyə qaytarılıb

2026-cı ilin iyul-sentyabr aylarında readmissiya çərçivəsində Avropa İttifaqı ölkələrindən Gürcüstana 745 nəfərin qaytarılmasına razılıq verilib.

 Ümumilikdə, cari ilin ilk 9 ayında readmissiya proseduru 2 156 vətəndaşa şamil olunub.

XEBER.GE xeber  verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin statistik məlumatlarına əsasən, 2026-cı ilin üçüncü rübündə readmissiya ilə bağlı 753 müraciətə baxılıb. Onlardan yalnız 8 nəfər üçün geri qaytarılmağa razılıq verilməyib.

Rəsmi məlumatlardan görünür ki, 2026-cı ilin son üç ayında ən çox Gürcüstan vətəndaşı Almaniyadan geri qaytarılıb. Göstəriciyə görə, İrlandiya və Fransa sonrakı yerlərdə qərarlaşıb.