Marneulidə qəbir qazıntısı zamanı silah-sursat aşkarlandı

Feb 22, 2025 - 20:28
 0  123
Marneulidə qəbir qazıntısı zamanı silah-sursat aşkarlandı

Marneuli rayonunun Qızılhacılı kənd qəbiristanlığında qəbir qazıntısı aparan bir qrup insan gözlənilməz hadisə ilə üzləşib.

Şahidlərin verdiyi məlumata görə, qazıntı zamanı iki əl qumbarası, iki sandıqça və təxminən 150 ədəd mərmi aşkarlanıb.

Hadisə ilə bağlı dərhal polisə məlumat verilib. Əraziyə hüquq-mühafizə orqanları və ekspertiza qrupu cəlb olunub. Hazırda hadisə yerində araşdırmalar aparılır.

Hadisə ilə bağlı əlavə məlumat verildikcə xəbər yenilənəcək

mənbə: interpress