Marneulidə iki nəfərin ölümü ilə nəticələnən ağır qəza hadisəsi baş verib
Bu gün, 28 yanvar tarixində Marneuli bələdiyyəsinin Baydar kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı "BMW" markalı avtomobil ağaca çırpılıb, nəticədə 2 nəfər gənc dünyasını dəyişib, iki nəfər isə yaralı vəziyyətdə xəstəxanaya çatdırlıb. Qəzanın baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
mənbə: 24news.ge