Marneulidə bıçaqlanma hadisəsi

Jan 23, 2026 - 12:09
 0  38
Marneulidə bıçaqlanma hadisəsi

Gürcüstanın Marneuli rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən silahlı insident baş verib.

Xeber.ge xeber  verir ki, ölkənin Daxili İşlər Nazirliyi  sağlamlığa qəsdən ağır zərər vurma ittihamı ilə 1977-ci il təvəllüdlü R.A.-nı saxlayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində soyuq silahdan (bıçaqdan) istifadə edərək 1979-cu il təvəllüdlü S.C.-yə xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, hazırda ona zəruri tibbi yardım göstərilir.