Marneulidə baş verən cinayət hadisəsi ilə bağlı bir nəfər saxlanıldı - VİDEO
Marneulidə baş verən qətl hadisəsi ilə bağlı bir nəfər saxlanılıb.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi üzrə iş açılıb. Həmin maddə qəsdən adam öldürmə cinayətini nəzərdə tutur.
Qeyd edək ki, noyabrın 18-də Marneulinin Səməd Vurğun və Rustaveli küçələrinin kəsişməsində iki nəfər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Hadisə zamanı bıçaqlanan gənc oğlan həyatını itirib.
mənbə: interpress