Marneulidə azyaşlı nəvəsini məcburi evləndirməyə çalışan nənə saxlanılıb

Sep 28, 2026 - 11:06
 0  21
Marneulidə azyaşlı nəvəsini məcburi evləndirməyə çalışan nənə saxlanılıb

 Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları ailənin azyaşlı üzvünün nikaha məcbur edilməsi ittihamı ilə bir nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs azyaşlı nəvəsini gender ayrı-seçkiliyi əlaməti ilə, dözümsüzlük motivindən irəli gələrək, onun iradəsinin əleyhinə olaraq kənd sakini olan kişiyə ərə getməyə məcbur edib.

Hüquq-mühafizəçilər həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində təqsirli bilinən qadını təqsirləndirilən qismində saxlayıblar", – deyə DİN bildirir.

İstintaq Cinayət Məcəlləsinin 11 prim 150-ci prim maddəsi ilə aparılır ki, bu da 4 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.