Marneuli-Tbilisi avtomagistralında zəncirvari qəza: Yaralılar var

Apr 17, 2026 - 20:52
 0  32
Marneuli-Tbilisi avtomagistralında zəncirvari qəza: Yaralılar var

Marneuli-Tbilisi avtomobil yolunun Teleti qəsəbəsi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Üç avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Xeber.ge xeber  verir ki, toqquşma zamanı sürücülər və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub və yaralılar paytaxtın müxtəlif xəstəxanalarına yerləşdiriliblər.

  İnsident baş verən əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Halların İdarə Olunması Xidmətinin xilasediciləri gəliblər. Yolun hərəkət hissəsində təhlükəsizlik tədbirləri görülüb və hərəkət qismən məhdudlaşdırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən "PrimeTime"a verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi (Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması) ilə cinayət işi başlanılıb. Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.