Marneuli-Sadaxlı yolunda ağır yol qəzası baş verdi - Bir nəfər ölüb
 
                                Marneuli-Sadaxlı yolunun Şulaveri hissəsində ağır yol qəzası baş verib.
Hadisə avqustun 25-i gecə saat 23:00 radələrində qeydə alınıb.
Məlumata görə, minik avtomobili velosipedçiyə çırpılıb. Nəticədə velosipedi idarə edən orta yaşlı kişi ağır bədən xəsarətləri alıb və həyatını itirib.
Qəza ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.
mənbə: interpress
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            