Marneuli bazarında qətl- polis silahlı hücumçunu hələ də saxlamayıb.

Jan 6, 2026 - 11:31
 0  132
Marneuli bazarında qətl- polis silahlı hücumçunu hələ də saxlamayıb.

Polis əməkdaşları üç gündür ki, Marneuli bazarında 27 yaşlı gənci güllələyən şəxsi nəticəsiz olaraq axtarırlar.

Xeber.ge xəbər verir ki, ailənin verdiyi məlumata görə, müşahidə kameralarının görüntüləri cinayətkarın Marneuli mərkəzindən Kaxeti istiqamətinə hərəkət etdiyini, daha sonra isə izinin itdiyini təsdiqləyir.

Öldürülən gəncin ailəsi bildirir ki, qanlı hesablaşmada iştirak edən şəxs cinayətin yeganə təşəbbüskarı ola bilməzdi.

Onların sözlərinə görə, cinayətkarın ehtimal ki, bu qətli sifariş verən himayədarları olub.

 Mərhumun atası "Pirvelebi" kanalına bildirib ki, qətldən bir neçə həftə əvvəl onlarla qondarma "qanuni oğru"nun adı ilə əlaqə saxlayıb pul tələb etməyə cəhd göstəriblər.