Litva Gürcüstanın daha 10 vətəndaşına viza sanksiyası tətbiq etdi

Litva Gürcüstanın daha 10 vətəndaşına qarşı viza məhdudiyyəti tətbiq edib. Həmin şəxslərin Litvaya daxil olması qadağan olunub.
Bu barədə Litva Miqrasiya Departamentinin rəsmi internet saytında yerləşdirilən məlumatda bildirilib.
Məlumata görə, sanksiya tətbiq olunan şəxslər aşağıdakılardır:
Hakim Nino Qalustaşvili
Hakim Cvəbe Naçxebia
Hakim İrakli Şvangiadze
Hakim Viktor Metreveli
Prokuror Mari Meşveliani
Prokuror Natia Tatiashvili
Acarıstan hökumətinin sədri Sulxan Tamazashvili
Parlament üzvü Mariam Laşxi
Parlament üzvü Nino Tsilosani
Antikorrupsiya Bürosunun rəhbəri Rajden Kuprashvili
Hazırda Litva Miqrasiya Departamentinin axtarış sistemində Gürcüstanın ümumilikdə 112 vətəndaşının adı viza məhdudiyyəti tətbiq olunan şəxslər siyahısında yer alır.
mənbə: interpress