Laqodexidə silahlı şəxs səhvən qonşu müəlliməni güllələyib
Laqodexi bələdiyyəsinin Vardisubani kəndində baş vermiş qanlı hesablaşmanın şok təfərrüatları məlum olub.
Xeber.ge xeber verir ki,
İlkin məlumatlara görə, 32 yaşlı silahlı kişi qisas almaq məqsədilə qonşusunun həyətində pusqu qurub.
Lakin qaranlıq səbəbindən o, hədəfi səhv salaraq əslində başqa bir şəxsə açmaq istədiyi atəşi müəllimə Lia Qaribaşviliyə qarşı açıb.
Qadın öz həyətində olarkən ov tüfəngindən açılan atəşlə yaralanıb.
Ağır vəziyyətdə olan zərərçəkmiş əvvəlcə Kaxeti bölgəsindəki klinikalardan birinə, daha sonra isə vəziyyəti kəskinləşdiyi üçün Tbilisidəki reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər hazırda onun həyatı üçün mübarizə aparırlar.
Hüquq-mühafizə orqanları 32 yaşlı şəxsin həmin vaxt niyə silahlı şəkildə qonşu ərazidə olduğunu və onun əsl hədəfinin kim olduğunu araşdırır.
Hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilib, şahidlərin dindirilməsi prosesi davam edir.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.