Laqodexidə güclü yağış və daşqın kəndləri su altında qoyub

Sep 27, 2025 - 16:38
Sep 27, 2025 - 20:00
 0  27

Laqodexi bələdiyyəsində güclü yağıntılar və çayların daşması nəticəsində kəndlər su altında qalıb.

Təbiət hadisəsi bələdiyyənin ərazisinin böyük hissəsinə ziyan vurub, yaşayış evləri, həyətyanı sahələr, üzüm bağları və tərəvəz plantasiyaları suya qərq olub.

Ən çox zərər çəkən kəndlər Verxvisminda, Uzuntala və Gəncəla olub.

Gecə saatlarından etibarən fəlakət zonasındakı ləğvetmə işləri intensiv şəkildə davam etdirilir. Ərazidə xilasedici xidmət və bələdiyyənin aidiyyəti qurumları səfərbər olunub.

mənbə: Intrepress.ge