Laqodexidə 31 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Laqodexi bələdiyyəsində 31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
Hadisə Kabali inzibati ərazi vahidliyinə daxil olan Uzuntala kəndində baş verib.
XEBER.GE xeber verir ki, məlumatı “Mtavari Ambebi Kaxetidən” yayıb. Nəşrin məlumatına görə, kişi usta işləyirmiş və yerli sakinlərdən birinin talvarının üzərini metal təbəqələrlə örtərkən yüksək gərginlikli elektrik naqillərinə toxunub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə istintaq başlanıb. Maddə işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur.