Kutaisidə Türkiyə vətəndaşını aldadaraq 260 min dollarlıq daşınmaz əmlaka sahib çıxan şəxs saxlanılıb

Oct 6, 2026 - 10:58
 0  32
Kutaisidə Türkiyə vətəndaşını aldadaraq 260 min dollarlıq daşınmaz əmlaka sahib çıxan şəxs saxlanılıb

DİN-in İmereti Polis Departamentinin əməkdaşları Kutaisidə külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdө şübhəli bilinən bir nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, bu barədə DİN məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşını guya onun sahib olduğu evi 260 000 ABŞ dollarına alan bir iş adamının olduğuna inandırıb. O, aldatma yolu ilə alqı-satqı müqaviləsi bağlatdıraraq evin atasının adına rəsmiləşdirilməsinə nail olub və daşınmaz əmlaka dələduzluq yolu ilə sahib çıxıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə istintaq aparılır. Bu cinayət 9 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.