Kutaisidə silahlı insident: Yaralanan var

Apr 30, 2026 - 22:16
 0  37
Kutaisidə silahlı insident: Yaralanan var

Gürcüstanın Kutaisi şəhərində odlu silahdan atəş açılması nəticəsində bir nəfər yaralanıb. Hadisə şəhərin 12 nömrəli məktəbinin yaxınlığında qeydə alınıb.

Xeber.ge xeber  verir ki, ilkin ehtimalas əsasən, 40 yaşlarında olan kişi güllə yarası alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun səhhəti barədə dəqiq məlumat verilmir.

  Şahidlərin sözlərinə görə, ərazidə azı iki atəş səsi eşidilib. Hadisənin təxminən bir saat öncə baş verdiyi bildirilir.

  Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayətin baş verdiyi ərazi sarı lentlərlə əhatəyə alınıb. Kriminal polis əməkdaşları ərazidə araşdırmaları davam etdirir, lakin hələlik rəsmi açıqlama verməkdən imtina edirlər.

Faktla bağlı istintaq hərəkətlərinə başlanılıb, cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat tədbirləri görülür.