Kuleba oğlunu müharibəyə qoymadı, bizdən isə...

Jan 13, 2025 - 19:23
 0  25
Kuleba oğlunu müharibəyə qoymadı, bizdən isə...

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba oğlunu müharibəyə getməkdən çəkindirib, amma Gürcüstandan Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirakını tələb edib.

Bunu Tiflis meri Kaxa Kaladze deyib.

“Təbii ki, keçmiş yüksək rütbəli məmur Kulebanın oğlunu könüllü kimi müharibədə iştirakdan necə çəkindirdiyini, başqa adamların isə saxlanılaraq birbaşa cəbhəyə göndərilməsini izləmək çox çətindir. Eyni zamanda bizdən birbaşa çarter reysləri təyin etməyi (gürcü könüllülərini Ukraynaya daşımaq üçün) tələb etdilər ki, bu da müharibəyə qoşulmaq çağırışı idi. Bu gün Ukraynada baş verənlər fəlakətdir”, - Kaladze bildirib.

mənbə: axar