"Kokain" və "Preqabalin" götürülüb – 3 xarici ölkə vətəndaşını saxlayıb

Aug 4, 2025 - 14:23
 0  25
"Kokain" və "Preqabalin" götürülüb – 3 xarici ölkə vətəndaşını saxlayıb

DİN-in məlumatına görə, Acarıstan Polis Departamentinin əməkdaşları keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində xüsusilə böyük miqdarda narkotik vasitə və psixotrop maddənin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə Türkiyə Respublikasının vətəndaşları – 1997-ci il təvəllüdlü A.T., 2003-cü il təvəllüdlü E.Ç. və 2000-ci il təvəllüdlü D.İ.-ni saxlayıblar.

Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

“Hüquq-mühafizə orqanları tərəfindən aparılmış istintaq hərəkətləri, o cümlədən təqsirləndirilən şəxslərin şəxsi axtarışı zamanı sübut kimi xüsusilə böyük miqdarda narkotik vasitə olan "kokain" və psixotrop maddə "preqabalin" götürülüb. Həmçinin polis tərəfindən kiçik ölçülü elektron tərəzi də müsadirə olunub,” – deyə Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir.

Qurumun məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 261-ci maddələri ilə aparılır.

mənbə: marneulifm