Kobaxidze Avropa siyasi sammitində iştirak edəcək

May 9, 2025 - 13:38
 0  15
Kobaxidze Avropa siyasi sammitində iştirak edəcək

Gürcüstan Baş naziri İrakli Kobaxidze Albaniyada keçiriləcək Avropa Siyasi Sammitində iştirak edəcək.

Bu barədə hökumət başçısı jurnalistlərə açıqlamasında deyib.

“Mayın 16-na sammit planlaşdırılır və bununla bağlı səfər nəzərdə tutulub. Səfər çərçivəsində heç bir görüş tələb etməmişik. Yerində görəcəyik, ola bilsin ki, konkret liderlərlə hansısa görüşlər keçiriləcək. Əslində, formatı bilirsinizsə, bu formatda xüsusi, rəsmi görüşlər nadir hallarda keçirilir, baxmayaraq ki, liderlərlə söhbət etmək imkanımız hər zaman var”, - Kobaxidze deyib.

mənbə: apa