Kobaxidze ABŞ vitse-prezidentinin Gürcüstana səfər etməyəcəyinə münasibət bildirib

Jan 26, 2026 - 13:35
 0  16
Kobaxidze ABŞ vitse-prezidentinin Gürcüstana səfər etməyəcəyinə münasibət bildirib

Bizim məlumatımıza əsasən, ABŞ-ın vitse-prezidenti Devid Vensin səfəri Zəngəzur dəhlizi ilə bağlıdır və ona görə də amerikalı siyasətçinin Azərbaycan və Ermənistana səfər etməsi təbiidir.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin ABŞ rəsmisinin regional səfər proqramına daxil edilməməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Devid Vensin Gürcüstana səfər etməməsi ilə bağlı qərar ABŞ-ın öz qərarıdır.

“Gürcüstan-ABŞ münasibətlərinin hansı vəziyyətdə olduğu məlumdur. Bayden administrasiyasının yaratdığı bu durum çox mürəkkəbdir. Biz strateji tərəfdaşlığı təmiz səhifədən bərpa etməyə hazırlığımızı bəyan etmişik və təmkinlə ABŞ administrasiyasının qərarını gözləyirik”, - Kobaxidze əlavə edib.

Qeyd edək ki, Devid Vensin fevral ayında Azərbaycan və Ermənistana səfəri planlaşdırılıb.

mənbə: apa