Kobaxidze Ərdoğana başsağlığı verdi

Oct 24, 2024 - 20:25
 0  32
Kobaxidze Ərdoğana başsağlığı verdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze 5 nəfərin həyatına son qoyan terror aktı ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına başsağlığı verib.

Baş nazir bununla bağlı sosial şəbəkə səhifəsində yazıb.

“Bu son dərəcə çətin zamanda Türkiyədə baş vermiş terror aktı ilə əlaqədar dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə başsağlığı verir, prezident Ərdoğana və cəsur türk xalqına dəstəyimi bildirirəm”, - deyə o qeyd edib.

Qeyd edək ki, Ankarda TÜSAŞ-da (Aerokosmik şirkət) baş verən terror aktında 5 nəfər öldürülüb.

mənbə: apa