“Kim saat 4-də azadlıq meydanına getdisə, hamısı çevriliş aksiyasına qatılıb”
4 oktyabr saat 16:00-da Azadlıq meydanına toplaşanların hamısı “hakimiyyətin devrilməsi məqsədi ilə təşkil olunan aksiyaya” qatılıb."
Gürcüstanın baş naziri İrakli Kobaxidze bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.
Kobaxidzenin sözlərinə görə, aksiyanın təşkilatçıları əvvəlcədən müəyyən taktiki plan hazırlamışdılar – plana əsasən, iştirakçıların bir hissəsi Azadlıq meydanından Atoneli küçəsinə keçərək Prezident Administrasiyasına soxulmalı idi, digər qruplar isə fərqli istiqamətlərdə hərəkət etməli idilər.
“Bir məsələ çox utandırıcıdır və bunu açıq deyirəm — saat 4-də keçirilən aksiya barədə hamı bilirdi ki, bu, çevriliş aksiyası idi. Aksiya Paata Burçulaşvili və onun tərəfdaşları tərəfindən bu şəkildə elan edilmişdi. Kim saat 4-də oraya getdisə, hamısı çevriliş məqsədli aksiyaya getdi.
Əlbəttə, Burçulaşvili və təşkilatçıların hərəkətləri utancvericidir, lakin onlardan da utancverici olan, çevriliş cəhdi uğursuz olduqdan sonra onlardan imtina edənlərin davranışıdır. Onlar Burçulaşvilinin elan etdiyi çevriliş aksiyasına getdilər, o, çevrilişə başladı, uğursuz oldu və bundan sonra hamı ondan uzaqlaşdı. Bu, daha da utandırıcıdır!
Bütün bu hadisələr ‘Milli Hərəkat’ın əsl simasını bir daha göstərdi,” – deyə baş nazir İrakli Kobaxidze vurğulayıb.
mənbə: Intrepress.ge