Kaxetidə qanlı hesablaşma

Dec 9, 2025 - 12:06
 0  33
Kaxetidə qanlı hesablaşma

 Gürcüstan Prokurorluğu Telavidə baş vermiş qəsdən adam öldürməyə cəhd faktı üzrə bir nəfərə ittiham irəli sürüb.

 

Xeber.ge xəbər verir ki, aparılmış istintaqla müəyyən edilib ki, 7 dekabr tarixində Telavi şəhərində təqsirləndirilən şəxs zərərçəkənin yaşadığı mənzilə gələrək qisas məqsədilə bıçaqla bədənin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib, bundan sonra isə hadisə yerindən qaçıb.

 

Qeyd olunan əməl 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur