Kaxetidə dörd evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Nov 29, 2026 - 13:18
 0  4
Kaxetidə dörd evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kaxetidə oğurluq ittihamı ilə bir nəfər saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxs əvvəllər də məhkum olunub.

XEBER.GE xeber  verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bu ilin oktyabr və noyabr aylarında Saqareco bələdiyyəsində dörd vətəndaşın evinə gizli şəkildə daxil olaraq müxtəlif əşyaları qanunsuz yolla ələ keçirib.

Keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

Polis oğurlanmış əşyaların böyük hissəsini maddi sübut kimi götürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə istintaq başlanıb. Bu maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.