Kaladze İvanişvili haqqında: Ümid edirik ki, Tramp administrasiyası dövründə münasibətlər yeni səhifədən başlayacaq

Sep 16, 2025 - 15:15
 0  16
Kaladze İvanişvili haqqında: Ümid edirik ki, Tramp administrasiyası dövründə münasibətlər yeni səhifədən başlayacaq

Kaxa Kaladze ümid edir ki, Donald Trampın administrasiyası dövründə “Gürcü Arzusu”nun ABŞ-la münasibətləri yeni səhifədən başlayacaq.



Kaladze bu sözləri Bidzina İvanişviliyə qarşı hələ Bayden administrasiyası tərəfindən tətbiq olunmuş sanksiyalarla bağlı suala cavab olaraq deyib.

“Bunların hamısı yalandır, böhtandır, iftiradır. ABŞ-ın əvvəlki administrasiyası yalnız hədələrlə, iftiralarla məşğul idi. Onların etdiyi bütün bəyanatlar böhtana, yalana əsaslanırdı. Cənab Bidzina İvanişvili ilə bağlı qəbul etdikləri qərar, təbii ki, absurddur, yalandır, mənasızdır. Amma biz çox böyük ümid edirik ki, yeni administrasiya dövründə münasibət dəyişəcək və əlaqələr yeni səhifədən başlayacaq”, – deyə Kaxa Kaladze bildirib.

ABŞ Maliyyə Nazirliyi “Gürcü Arzusu”nun qurucusu və fəxri sədri Bidzina İvanişviliyə qarşı 27 dekabrda maliyyə sanksiyaları tətbiq edib.

Qadağalar Prezidentin 14024 saylı İcra Sərəncamı ilə nəzərdə tutulan bütün əməliyyatlara şamil olunur.

mənbə: marneulifm