İyulda hava necə olacaq?
Sinoptiklərin qiymətləndirməsinə görə, bu ay ölkənin əksər hissəsində yüksək temperatur, günəşli günlər və vaxtaşırı qısamüddətli qeyri-sabit hava şəraiti davam edəcək.
XEBER.GE xeber verir ki. proqnoza əsasən, iyulun elə ilk həftəsindən etibarən bürkü tamamilə hiss olunmağa başlayacaq. Ölkənin böyük hissəsində isti və günəşli hava gözlənilir.
İyulun ilk həftəsində hava temperaturu gündüz saatlarında orta hesabla +29…+32°C-yə qədər yüksələcək. Günəş aktivliyi yüksək olacaq və bu da ultrabənövşəyi şüalanmanın səviyyəsini artıracaq.
11-20 iyul tarixləri, bir qayda olaraq, ən isti dövr sayılır. Bu günlərdə temperatur tez-tez +32…+35°C-yə çatacaq. İstilik dalğalarının bir neçə gün ardıcıl davam etməsi mümkündür. İsti hava xüsusilə paytaxtda daha kəskin hiss olunacaq, çünki şəhər mühiti yüksək temperaturun təsirini daha da gücləndirir.
Mütəxəssislərin bildirdiyinə görə, bəzi bölgələrdə qısamüddətli atmosfer qeyri-sabitliyi — yağış və ildırım çaxması gözlənilir, lakin bu, ümumi isti hava şəraitini ciddi şəkildə dəyişməyəcək.
Ümumilikdə, Gürcüstanda iyul ayının isti, əksərən günəşli, nisbətən quraq və yüksək temperatur fonunda keçəcəyi gözlənilir.