İvanişvili Qaribaşvili ilə bağlı bank əməliyyatlarına görə sorğulanacaqmı?

Oct 24, 2025 - 21:06
 0  48
İvanişvili Qaribaşvili ilə bağlı bank əməliyyatlarına görə sorğulanacaqmı?

Xeber.ge xeber  verir ki, Gürcüstanda korrupsiya araşdırmaları və "Dəyişiklik üçün" koalisiyasının üzvü Besik Donadze, İrakli Qaribaşvilinin işi ilə bağlı Bidzina İvanişvilinin sorğulanıb-sorğulanmayacağı sualını ortaya atdı.

Donadzenin iddiasına görə, Qaribaşvili qanunsuz yolla əldə etdiyi pulunu "Kartu Bank"da ağartmışdır. O deyir ki, məhz Bidzina İvanişvilin bankı – gəliri olmayan bir şəxsə, Qaribaşvilinin həyat yoldaşı Nunuka Tamazaşviliyə kredit verirdi.

"Gəliri olmayan bir şəxsə kredit vermək mümkün deyil, amma Bidzina İvanişvili bu pulu verirdi" – deyə Donadze bildirir və maraqlanır ki, indi gəlirlərin qanunsuz legalizasiyası işi üzrə, keçmiş baş nazirə ittiham edilən Bidzina İvanişvili sorğulanacaqmı?