İsrailin Qəzzaya endirdiyi zərbələr son 24 saatda 50-dən çox insanın ölümünə səbəb olub

Nov 11, 2024 - 10:49
 0  13
İsrailin Qəzzaya endirdiyi zərbələr son 24 saatda 50-dən çox insanın ölümünə səbəb olub

İsrail ordusunun blokadadakı Qəzza zolağına son 24 saat ərzində endirdiyi zərbələr nəticəsində ən azı 52 fələstinli həyatını itirib.

 Xeber.ge xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı xəbər yayıb.

Sonuncu qurbanlar arasında Nuseyrat qaçqın düşərgəsindəki bir quyu yaxınlığında pilotsuz təyyarə hücumu nəticəsində həlak olan üç nəfər də yer alır.

Fələstin anklavının Səhiyyə Nazirliyi daha əvvəl bildirmişdi ki, 2023-cü ilin oktyabrından bəri Fələstin-İsrail münaqişəsi nəticəsində ümumi ölənlərin sayı 43 603-ü keçib, yaralananların sayı isə 102 929 nəfərə çatıb.

mənbə: trend.az