İsraildən “Dəmir Qübbə” etirafı- Yetərsiz oldu

Jun 19, 2025 - 13:41
 0  29
İsraildən “Dəmir Qübbə” etirafı- Yetərsiz oldu

İsrailin hava hücumlarından müdafiə üçün qurduğu “Dəmir Qübbə” sistemi, İranın balistik raketlərinə qarşı yetərli müdafiə göstərə bilməyib.

Xeber.ge xəbər verir ki, bu barədə keçmiş ABŞ Hərbi Hava Qüvvələri kəşfiyyat zabiti və təhlükəsizlik eksperti Travis Hauley “Yedioth Ahronoth” qəzetinə danışıb.

O, sistemin yalnız qısamənzilli raketlər və havan toplarına qarşı effektiv olduğunu bildirib. Onun sözlərinə görə, sistem balistik raketlərə qarşı yalnız son çarə olaraq aktivləşdirilir.

Hauley İsrailin əsas hava müdafiə xəttinin “Arrow 2” və “Arrow 3” sistemləri olduğunu, bu sistemlərin uğursuz olması halında isə “Dəmir Qübbə”nin ikinci xətt müdafiə olaraq işə düşdüyünü vurğulayıb.

Ekspert son hücumlarda İran raketlərinin İsrailin müdafiə sistemdən keçə bilməsinin, “Dəmir Qübbə”nin uğursuzluğu ilə əlaqələndirildiyini qeyd edib.

mənbə: publika.az