“İşıq sönməməlidir” şüarı ilə mediaya dəstək yürüşü keçirilir

Aug 21, 2025 - 22:30
 0  15
“İşıq sönməməlidir” şüarı ilə mediaya dəstək yürüşü keçirilir

Respublika meydanında “İşıq sönməməlidir” şüarı ilə mediaya dəstək marşı başlayıb.

Aksiyaya Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili də qoşulub.

“Fənərlərin marşı” Respublika meydanından Rustaveli prospekti istiqamətində hərəkət edir və parlament binası qarşısında keçirilən gündəlik aksiyaya birləşəcək. Orada foto-sərgi də təşkil olunacaq.

Respublika meydanında toplaşan vətəndaşlara “İctimai Yayımların Marşı” da qoşulub.

Qeyd edək ki, “İşıq sönməməlidir” şüarı altında keçirilən etiraz aksiyası 22 internet mediası tərəfindən başlanan kampaniyadır. Onlar müstəqil medianı dəstəkləmək üçün birləşiblər.

mənbə: interpress