Ağır yol qəzası: 1 nəfər öldü, bir neçə nəfər yaralandı

Qedidə mərkəzi avtomobil yolunda baş verən qəza nəticəsində bir nəfər həyatını itirib, bir neçə nəfər isə xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, avtomobil yoldan çıxaraq aşıb. Hadisə bu gün səhər saatlarında baş verib.
Əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub. Nazirlikdən verilən məlumata əsasən, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə istintaq aparılır. Maddə nəqliyyat hərəkəti və ya istismarı qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olma halını nəzərdə tutur.
mənbə: interpress