İran hava məkanını bağlayır - Ordu döyüş vəziyyətinə gətirilir
 
                                İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib.
Xeber.ge xəbər verir ki, 
Məlumata görə, bu qərarlar ABŞ-ın təhdidləri və həm İsrail, həm də Amerika qüvvələrinin regionda fəallığının artması ilə bağlı qəbul edilib.
Xatırladaq ki, “The Daily Mail” ABŞ-ın yaxın həftələrdə İrandakı nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırdığını yazıb.
ABŞ Prezidenti Donald Tramp ötən həftə sonu İranı bombalamaqla hədələmişdi.
mənbə: publika.az
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            