İran ABŞ-a enerji obyektlərinə zərbələr endiriləcəyi təqdirdə, cavab tədbirləri barədə xəbərdarlıq edib

Mar 22, 2026 - 20:17
 0  16
İran ABŞ-a enerji obyektlərinə zərbələr endiriləcəyi təqdirdə, cavab tədbirləri barədə xəbərdarlıq edib

ABŞ prezidenti Donald Trampın xəbərdarlığından sonra İran enerji obyektlərinə zərbələr endiriləcəyi təqdirdə, cavab tədbirlərinin görüləcəyini bəyan edib.

Xeber.ge xeber  verir ki, regionda gərginliyin artması riski xüsusilə su ehtiyatları məhdud olan Körfəz ölkələri üçün ciddi təhlükə yaradır. İranın bu ölkələrin su ehtiyatları obyektlərini hədəf ala biləcəyi ilə bağlı xəbərdarlıqları vəziyyəti daha da kritik edir.

Səudiyyə Ərəbistanı, Oman və BƏƏ kimi bəzi ölkələr bir neçə dəniz mənbəyindən istifadə edə bilsə də, Qətər, Bəhreyn və Küveyt kimi ölkələr yalnız Körfəz sahillərində yerləşir və alternativ su mənbələri olmadığı üçün bu cür obyektlərə hücumlara qarşı daha həssasdır.

İran ABŞ-ın infrastrukturunu, eləcə də Körfəzdə yerləşən enerji və su obyektlərini hədəf alacağı barətə bəyanatlara davam edir.

mənbə: apa.az