"iPhone 17" Gürcüstanda satışa çıxdı, qiymətlər nəfəs kəsir

"iPhone 17"nin satışları rəsmi olaraq bu gündən başlayır.
Məlum olduğu kimi, "Apple" satışa dörd yeni "iPhone" modeli çıxaracaq.
Brend sentyabr ayında keçirilən təqdimatda 8 yeni məhsul təqdim edib: "iPhone 17, iPhone 17 Pro və Pro Max", həmçinin tamamilə yeni iPhone Air. Bundan əlavə, "Apple Watch"un üç yenilənmiş versiyası və "AirPods Pro 3" də təqdim olunub.
Rəsmi qiymətlər isə belədir: "iPhone 17" – 799 dollar, "iPhone Air" – 999 dollar, "iPhone Pro" – 1099 dollar.
Gürcüstana gəldikdə isə, brendin rəsmi tərəfdaşlarından biri satışlara artıq bu gündən başlayır. Şirkətdən BPN-ə bildirilib ki, yalnız məhdud sayda cihaz gətiriləcək və onların qiyməti 9999 lari ilə 14 min 999 lari arasında olacaq. Artıq bazar ertəsindən qiymətlərin bir qədər ucuzlaşacağı gözlənilir.
Digər texnika mağazalarının yaydığı məlumata görə isə, "Apple" tərəfindən təqdim edilən "iPhone 17"nin qiyməti Gürcüstanda modellərə görə 4 min 359 laridən başlayaraq 7 min 599 laridək dəyişəcək.
mənbə: aktual