İntensiv qar səbəbindən Kutaisi Aeroportunda şatl xidmətləri dayandırıldı

Kutaisi Beynəlxalq Aeroportu hava şəraitinin kəskin pisləşməsi səbəbindən şatl avtobuslarının Kutaisi şəhər mərkəzinə və əks istiqamətdə hərəkətinin müvəqqəti dayandırıldığını elan edib.
Aeroport administrasiyası məlumat yayıb.
Administrasiyanın yaydığı məlumatda qeyd olunur ki, intensiv qar, şaxta və yolların təhlükəli vəziyyətə düşməsi səbəbindən bu məhdudiyyət tətbiq edilib.
Buna baxmayaraq, Atenadan Kutaisiyə birbaşa reysin uğurla yerinə yetirildiyi bildirilir.
Aeroport administrasiyası sərnişinlərə vəziyyətlə bağlı yenilənmiş məlumatları müntəzəm olaraq paylaşacağını açıqlayıb.
mənbə: Interpress