İmeretidə qanlı insident: Arvadını, anasını və rəfiqəsini bıçaqladı

Jun 11, 2026 - 14:26
 0  7
İmeretidə qanlı insident: Arvadını, anasını və rəfiqəsini bıçaqladı

İmereti bölgəsində dəhşətli cinayət hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, əvvəllər məhkum olunmuş və hazırda şərti cəza çəkən şəxs ailə üzvlərinə və daha bir qadına hücum edib.

Xeber.ge xəbər verir ki,istintaqla müəyyən edilib ki, sərxoş vəziyyətdə olan şəxs öz arvadına, anasına və arvadının rəfiqəsinə soyuq silahla çoxsaylı xəsarətlər yetirib. Yaralılar dərhal təcili tibbi yardım vasitəsilə klinikalara çatdırılıblar.

Hüquq-mühafizə orqanlarının "isti izlərlə" keçirdikləri operativ tədbirlər nəticəsində cinayəti törədən şəxs saxlanılıb. Polis hadisə zamanı istifadə edilən bıçağı maddi sübut kimi götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prim (ailə üzvünə qarşı törədilən) və 19-109-cu (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd) maddələri ilə istintaq başladılıb. Bu cinayətə görə qanunvericilik 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.