İmeretidə polislərə bıçaqla hücum edən şəxs saxlanıldı

Jun 29, 2026 - 10:57
 0  23
İmeretidə polislərə bıçaqla hücum edən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin əməkdaşları İmereti bölgəsində asayiş keşikçilərinə hücum etməkdə ittiham olunan bir şəxsi saxlayıblar.

XEBER.GE xəbər verir ki, hadisə cari ilin 26 iyun tarixində Zestafoni rayonunda baş verib. Təqsirləndirilən şəxs xidməti vəzifələrini yerinə yetirən hüquq-mühafizə orqanlarının əməkdaşlarını nalayiq söyüşlərlə təhqir edib. Daha sonra o, soyuq silahdan  istifadə edərək polisləri öldürməklə hədələyib və nazirliyin balansında olan xidməti avtomobilə zərər vuraraq onu zədələyib.

Asayiş keşikçiləri çevik müdaxilə edərək silahlı şəxsi tərksilah edib və hadisə yerindəcə şübhəli şəxs qismində həbs ediblər.

Nazirliyin bəyanatında bildirilir ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 353-cü prima maddəsinin 1-ci hissəsi (Polisə, xüsusi penitensiar xidmətin əməkdaşına və ya dövlətin digər nümayəndəsinə hücum) ilə istintaq aparılır. Bu maddə cinayəti törədən şəxs üçün 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.