Hörmüzdən sonra Bab əl-Məndəb də bağlanır - blokada başladı

Jul 20, 2026 - 19:51
 0  14
Hörmüzdən sonra Bab əl-Məndəb də bağlanır - blokada başladı
: :
playing

Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etdiyini açıqlayıb.

XEBER.GE xeber  verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria bəyanat yayıb.

Onun sözlərinə görə, qərar "mühasirəyə mühasirə ilə cavab" prinsipi əsasında qəbul edilib və bəyanat yayımlandığı andan qüvvəyə minib.

"Yəmən Silahlı Qüvvələri Səudiyyə Ərəbistanına məxsus dəniz gəmiçiliyini qadağan edir. Qərar dərhal qüvvəyə minir", - deyə Saria bildirib.

Husilər bəyan ediblər ki, Ər-Riyadın atacağı istənilən addıma daha sərt cavab veriləcək.

"Bütün mümkün ssenarilərə hazırıq. Səudiyyə Ərəbistanının atacağı istənilən eskalasiya addımına qəti və sərt cavab veriləcək", – bəyanatda vurğulanıb.

Bununla yanaşı, hərəkat tərəfdarlarını ümumi səfərbərliyin davam etdirilməsinə çağırıb.

Husilərin bu qərarı Qırmızı dənizdə və xüsusilə Bab əl-Məndəb boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyi üçün ciddi risk yaradır. Dünyanın ən vacib dəniz ticarət marşrutlarından biri hesab edilən bu boğaz vasitəsilə Asiya ilə Avropa arasında yük daşımalarının mühüm hissəsi həyata keçirilir.

Qeyd olunur ki, son aylarda Yaxın Şərqdə artan hərbi gərginlik fonunda əvvəlcə Hörmüz boğazında, indi isə Bab əl-Məndəbdə təhlükənin artması qlobal enerji və yük daşımalarına ciddi təsir göstərə bilər.

mənbə: modern.az